Türkiyə və Yunanıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Afinada Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

SİA qardaş ölkənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadən xəbər verir ki, tərəflər Egey dənizində etimadı artıran tədbirlərin görülməsi və davranış qaydaları başda olmaqla Türkiyə ilə Yunanıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə