Turistləri daşıyan avtobus qəzaya uğrayıb

İtaliyada rus turistləri daşıyan avtobus qəzaya uğrayıb. "Corriere della Sera" qəzetinin verdiyi məlumata görə, qəza nəticəsində azı bir nəfər ölüb. Qəzetin məlumatına görə, İtaliyanın Siena şəhərindən Florensiyaya doğru hərəkət edən avtobusda azı 50 Rusiya vətəndaşı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza yerli vaxtla saat 09:00-da baş verib. Avtobus yolun kənarındakı baryerlərə çırpılaraq aşıb.

Qəzanın səbəbi bilinmir. İlkin versiyaya görə sürücü asfaltın yağışdan sonra sürüşkən olması səbəbi ilə idarəetməni itirib.

Siena və Florensiya arasındakı avtomobil yolunun bir hissəsi müvəqqəti olaraq bağlanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə