Milyondan artıq adam alkoqoldan zəhərlənib

Rusiyada milyondan artıq adam alkoqoldan zəhərlənib. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Federasiya Şurasının sosial siyasət komitəsindən bildirilib.

Məlumata görə, ötən il xəstəxanalara alkoqol zəhərlənməsi diaqnozu ilə xəstə daxil olub ki, onlardan 180 mini davamlı müalicə kursuna yazılıb.

Hər il orta hesabla bu cür zəhərlənmələr nəticəsində yüzlərlə insan dünyasını dəyişir. 900 min adam bu müraciətlə xəstəxanalara daxil olur ki, onların 40 faizi ambulator müalicəyə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə