Husilər səudiyyəlilərin aeroprotunu vurdu DRONLARLA

Yəmən husilərinin qiyamçı “Ənsar Allah” hərəkatı uçan pilotsuz aparatlar vasitəsi ilə Səudiyyə Ərəbistanının cənub-şərqində yerləşən Nəcran şəhərinin hava limanını vurublar. SİA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı yazıb.

“Ənsar Allah” təmsilçilərinin bəyanatlarına görə, dronlar Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə məxsus təyyarələrini anqardaca məhv ediblər. Lakin husilər neçə təyyarənin məhv edilməsi məlumatını bildirməyiblər”, deyə qeyd edilən məlumatda həmçinin bildirilir ki, səudiyyəlilərin rəsmi dövlət mənbələri də Nəcran aeroportunun havadan vurulması ilə bağlı məlumat verməyiblər.

“Al Jazeera” qeyd edir ki, ötən sutka ərzində husilər artıq ikinci dəfədir ki, Nəcrandakı HHQ-ə məxsus anqarların vurulduğunu bəyan edirlər.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayaraq hökumət qüvvələri ilə qiyamçı husilər arasında silahlı qarşıdurmalar yaşanır. Silahlı qarşıdurmalar daha aktiv fazaya 2015-ci ildə keçid alıb. Həm ildən ildən başlayaraq, koalisiya qüvvələri Səudiyyə Ərəbistanının başçılığı ilə Yəmənə daxil olublar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə