ABŞ Türkiyəyə iki həftə möhlət verib

Amerika Birləşmiş Ştatları Türkiyəyə Rusiyanın “S-400” zenit-raket kompleksindən imtina etmək üçün iki həftə möhlət verib. SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu müddət ərzində Ankara Moskva ilə alqı-satqı sövdələşməsini ləğv etməli və ABŞ-ın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks halda, ABŞ Türkiyəni “F-35” proqramından kənarda qoyacaq.

Bundan başqa, ABŞ bununla Türkiyəni təkcə söz verdiyi qırıcılardan məhrum etməyəcək. Ekspertlərin fikrincə, ultimatumun yerinə yetirilməməsi Vaşinqtonun Türkiyəyə sanksiyalar tətbiq etməsi və ABŞ-ın təsiri nəticəsində “NATO-nun mümkün reaksiyası” ilə nəticələnə bilər.

Qeyd edək ki, Türkiyə dəfələrlə bəyan edib ki, Rusiya kompleksindən imtina etmək fikrində deyil.

Müqavilənin şərtlərinə görə, “S-400” raketlərinin ilk partiyası Türkiyəyə iyulda təqdim olunacaq. ABŞ təkid edir ki, Rusiya istehsalı olan sistemlər NATO standartlarına cavab vermir və buna görə Türkiyəni sanksiyalarla təhdid edir. Eyni zamanda, Türkiyə tərəfinə “F-35” qırıcılarını satmayacağını bildirir.

Türkiyə tərəfi isə iddia edir ki, Rusiyanın zenit-raket komplekslərinin alınması ABŞ qırıcılarına heç bir təhlükə yaratmır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...