Keçmiş prezident ağır durumda hospitala yerləşdirilib

Kiprin keçmiş prezidenti Dmitris Xristofiasın sağlamlı durumu çox ağır vəziyyətdədir.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə hökumət portalı ölkənin Səhiyyə Nazirliyinin tibbi kommünikesi əsasında məlumat verib.

Xristofias mayın 18-də Nikosiya şəhərində hospitala yerləşdirilib. Mayın 20-də isə tənəffüs sistemində kifayət qədər problem olması səbəbindən intensiv terapiya şöbəsinə köçürülüb.

Səhiyyə Nazirliyi həkimlərlə daim əlaqədədir və xəstənin durumundakı dəyişikliklərlə bağlı nazirliyin növbəti kommünikesində məlumat veriləcəyi bildirilir.

Xristofiasın 72 yaşı var. O, 2008-2013-c illərdə Kipr prezidenti olub. Buna qədər isə 7 il parlamentə rəhbərlik edib. Eks prezident uzun illər Kipr Zəhmətkeş İalqının İnkişaf Partiyasının (Kipr Kommunist Partiyasının) lideri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə