Eyfel qülləsinə giriş-çıxış dayandırıldı!

Eyfel qülləsinə giriş-çıxış dayandırılıb. "Report"un Fransa bürosu xəbər verir ki, buna səbəb naməlum şəxsin tarixi tikiliyə dırmaşmasıdır. Qüllənin birinci və ikinci mərtəbəsində, həmçinin ətrafında olan insanlar təxliyyə edilib, yalnız üçüncü mərtəbədə bir neçə turist qalmaqdadır.

Hazırda polis və xilasedicilər hadisə yerindədir. Məlumata görə, Eyfel qülləsinə naməlum şəxsin dırmaşdığı onun ikinci mərtəbədən yuxarıda, təxminən, 115 metr hündürlükdə olarkən bilinib.

Eyfel qülləsinin istismarına məsul olan şirkətin (SETE) sözçüsü jurnalistlərə deyib ki, tikiliyə dırmaşan naməlum şəxs ikinci mərtəbəyədək hamı kimi lift vasitəsilə çıxıb. Daha sonra icazə verilən həddən kənara çıxdığı zaman həyəcan siqnalı işə düşsə də, ancaq qülləyə çox cəld dırmaşmağa nail oub və onu saxlamaq cəhdləri nəticəsiz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə