Tallinlilər Avropa Parlamentinə seçkilərdə iştirak edirlər

Estoniyanın paytaxtı Tallində əhali artıq Avropa Parlamenti üçün səs verməyə başlayıb. SİA xəbər verir ki, mayın 20-dən 22-dək Tallindəki və ölkənin digər 85 məntəqəsinin hər birində səs vermək mümkün olacaq.

Artıq 9 min tallinli bu hüququndan istifadə edib. İnsanlar daha çox elektron səsvermədən istifadə edirlər. Bu üsulla isə 70 min 238 nəfər səs verib.

Avropa Parlamentinə seçkilər 5 ildən bir keçirilir. Bu dəfə seçkilər mayın 26-da olacaq. Lakin bir sıra ölkələr artıq seçimlərini edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə