Zelenski Ali Radanın buraxıldığını elan edib

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radada inauqurasiyası zamanı Ukrayna parlamentinin buraxılacağını elan edib. "Səkkizinci çağırış Ali Şuranı ləğv edirəm", deyə o bildirib. SİA RT-ə istinadən xəbər verir ki, yeni prezident hökuməti də istefaya çağırıb.

Daha əvvəl mətbuatda xəbər verilirdi ki, Vladimir Zelenski parlamentin səlahiyyətlərinin dayandırılması və erkən seçkilərin təyin edilməsi haqqında fərman hazırlayıb.

Bəzi məlumatlara görə, seçkilər iyulun 14-də baş tuta bilər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə