Kiyevdə Ukrayna prezidentinin inauqurasiyası keçirilir

Kiyevdə Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi başlayıb. SİA-nın məlumatına görə, Vladimir Zelenskinin andiçmə mərasimi Ukrayna parlamentinin sessiya zalında keçirilir.

Mərasimdə Litva Prezidenti Dalya Qribauskayte, Macarıstan Prezidenti Yanoş Ader, Latviya Prezidenti Raymonds Veyonis, Estoniya Prezidenti Kersti Kalyulayd, Gürcüstan Prezidenti Salome Zurabişvili iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir.

Mərasimin təntənəli hissəsindən sonra yeni prezident xarici dövlət başçıları və hökumət üzvləri ilə Prezident Administrasiyasında görüşəcək.

Xatırladaq ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası aprelin 30-da prezident seçkilərinin yekun nəticələrini rəsmən açıqlayıb. İkinci turda 73,22 faiz səsqazanmış Zelenski qələbə qazanıb, Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə