Həbsxanada qiyam: 32 nəfər öldürüldü

Ötən gün gecə saat 20:30 radələrində Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada qiyam olub. Tacikistanın ədliyyə nazirinin müavini, Cəzaların icrası üzrə Baş İdarənin rəhbəri Mansurcon Umarov bildirib ki, qiyam İŞİD üzvü olduqlarına görə cəza çəkən 50 məhbus tərəfindən törədilib.

SİA Tacikistan mətbuatına istinadən xəbər verir ki, qiyamçılar həbsxanada xidmət çəkən 3 zabiti girov götürüblər. Hadisədən sonra onlar hər üç zabiti öldürüblər.

Ümumilikdə qiyamın yatırılmasında 29 məhbus həlak olub. Məhbuslardan 8-i toqquşmalar zamanı digər məhbuslar tərəfindən qətlə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...