Güclü külək dörd nəfəri öldürdü Pekində

Çinin paytaxtı Pekində iki gündür müşahidə olunan güclü küləyin törətdiyi fəsadlar dörd nəfərin ölümünə səbəb olub. SİA xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat yayıb. Bildirilir ki, ölənlərin üçü güclü küləyin təsirindən aşan divarın altında qalan, digəri isə motosikletdə hərəkət edərkən üzərinə ağac düşən paytaxt sakinləridir.

Küləkli hava şəraiti nəqliyyatın hərəkətini də iflic edib. Belə ki, Pekin hava limanlarından və dəmir yolu vağzallarından onlarla reys təxirə salınıb və ya gecikib. Sürəti saatda 50-60 kilometrə çatan külək şəhərin bəzi yerlərində binaların dam örtüyünü də uçurub.

Orta məktəblərə və uşaq bağçalarına hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, bayırda nəzərdə tutulan bütün tədbirlərin təxirə salınması tapşırılıb.

Küləkli hava şəraiti ilə əlaqədar Pekində davam edən “Asiya sivilizasiyalar dilaoqu” konfransının bəzi tədbirləri, o cümlədən yemək festivalı təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...