Köçəryan azadlığa çıxdı, Paşinyan qorxuya düşdü!

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Bu barədə o öz Feysbuk səhifəsində yazıb: "Sabah (bu gün) saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”.

Daha öncə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı. Bu bəyanat sabiq prezident Robert Köçəryanın azadlığa buraxılmasından dərhal sonra səsləndirilmişdi.

Koçaryanın azadlığa buraxılması üçün Qarabağ separatçılarının sabiq və hazırki rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan girov qoyub və zamin durublar.

Bütün xəbərlər Facebook səhifəmizdə