İranın cənubunda 1,5 ton narkotik aşkarlandı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 1,55 ton narkotik maddə aşkarlanıb. Bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib. SİA bu barədə İRNA-ya istinadən məlumat verib. M.Qənbərinin sözlərinə görə, vilayətin narkotik maddələrlə mübarizə polisinin keçirdiyi əməliyyat nəticəsində 2 nəfər saxlanılıb. Qaçaqmalçıların pikap avtomobilinə baxış keçirilərkən 1,55 ton tiryək, 2 ədəd ov silahı, 1 ədəd kolt markalı tapança aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə