Bəhreyndən vətəndaşlarına “İran və İraq” xəbərdarlığı

Bəhreyn Xarici İşlər Nazirliyi bu gün öz vətəndaşlarına xəbərdarlıq xarakterli məlumat yayıb.

SİA-nın Türkiyənin “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, xəbərdarlıqda bölgədəki “qeyri-müəyyən durum” və “artan gərginlik” xüsusi vurğulanmaqla Bəhreyn vətəndaşlarına İran və İraqa səfər etməmələri tövsiyə olunub. Həmçinin, adı çəkilən ölkələrdəki Bəhreyn vətəndaşları şəxsi təhlükəsizlikləri üçün İran və İraqı tərk etmək çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə