Erməni döyüşçü MN-in qarşısında özünü yandırmağa cəhd edib

Ermənistanda 42 yaşlı sakin Müdafiə Nazirliyinin qarşısında özünü yandırmağa cəhd edib. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Ermənistan Müdafiə Nazirliyinin nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib.

Məlumata görə, 42 yaşlı A.Mxitar üzərinə benzin törərək intihar etməyə cəhd edib. Hadisə yerinə gələn operativ qrup yanğını söndürüb.

Kotayk vilayətinin sakini, intihara səbəb kimi Ermənistan Müdafiə Nazirliyindən ona ayrılan müavinətlərin verilməməsini, həmçinin sosial problemlərinin olduğunu əsas gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə