Sərnişinlər avtobus sürücüsünün pulunu oğurladılar

Sabunçu rayonu Y.Əliyev küçəsində şəxsiyyəti müəyyən olmayan 2 nəfər 105 saylı xətt avtobusundan soyğunçuluq yolu ilə 80 manat pul aparıb.

DİN-dən SİA-ya verilən xəbərə görə, sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Çələbiyev və əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb.

Araşdırmalar RPİ tərəfindən aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə