PKK terrorçuları polislərə hücum ediblər

Türkiyənin Şanlıurfa vilayətinin Halfeti rayonunda xidmət aparan polis əməkdaşları PKK terrorçularının hücumuna məruz qalıblar. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, mayın 18-də gecə saatlarında baş verən atışma nəticəsində 1 polis əməkdaşı həlak olub, 2-si yaralanıb. Hücum edən terrorçulardan ikisi məhv edilib.

Konyada isə polis qüvvələri İŞİD terror qruplaşmasına qarşı uğurlu antiterror əməliyyatı keçiriblər. Şübhəli şəxs qismində həbs olunan 9 nəfərin terrorçu kimi təlim gördükləri müəyyən olunub. Saxlanılanlar İraq və Suriya əsilli şəxslərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə