İndoneziyada 5,6, Papua-Yeni Qvineya 6 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Yava adasının cənub sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Bandunq şəhərindən 297 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Tarona şəhərindən 12 kilometr cənub-qərbdə, ocağı 27,4 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə