“Brexit” səbəbindən “Tomas Kuk” şirkəti 1,46 milyard funt itirib

İngiltərədə yerləşən səyahət və turizm şirkəti “Tomas Kuk” “Brexit”in gecikdirilməsi səbəbindən 1,46 milyard funt ziyana düşüb. SİA xəbər verir ki, şirkət bu müddət ərzində 21 mağazasını bağlayıb, həmçinin Sankt-Peterburqdakı mərkəzi ofisindən 150-dən çox işçisini ixtisar edib.

Qurumun baş icraçı direktoru Peter Fankhauzer bildirib ki, şirkət bir il ərzində ümumilikdə 1,46 milyard funt zərərlə üzləşib. O deyib ki, “Brexit”in yaratdığı siyasi qeyri-müəyyənlik səyahət planlarına da təsir edib.

“Tomas Kuk” şirkəti 2007-ci ildə yaradılıb. Holdinq Böyük Britaniya, Almaniya, Belçika və Skandinaviyada yerləşən bir neçə aviaşirkətə sahibdir. Şirkətin baş ofisi Sankt-Peterburqda yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə