Rustavidə fəhlələr etiraz aksiyası keçiriblər

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçiləri mayın 16-da etiraz aksiyası keçiriblər. SİA xəbər verir ki, aksiya iştirakçıları əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına riayət olunmasını tələb ediblər.

Aksiyaya 100-dən çox fəhlə qatılıb.

Onlar əsasən əməkhaqlarının ən azı 1000 (min) lariyə qədər artırılmasını və iş saatının 12 saatdan 8 saata endirilməsini tələb edirlər.

Zavod əməkdaşları tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. Zavod rəhbərliyi isə hələlik tələblərin yerinə yetirilməsini mümkünsüz hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə