İŞİD-in maliyyələşdirən üç nəfər saxlanılıb

Rusiyanın Tver şəhərində İŞİD terror təşkilatının maliyyələşdirilməsi şübhəsi ilə üç nəfər saxlanılıb. SİA "RT"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin regional şöbəsi məlumat verib.

Əməliyyat "Rosqvardiya"nın xüsusi bölməsi ilə birgə həyata keçirilib. Saxlanılanlar Mərkəzi Asiya respublikalarından birinin vətəndaşlarıdır.

Terrorçuluğun təşviqi maddəsi üzrə cinayət işi açılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə