"İran tezliklə danışığa keçmək istəyəcək" Tramp

İran tezliklə Vaşinqtonla danışıqlara başlamaq istəyəcək. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Twitter-də yazıb.

Onun sözlərinə görə, Amerika rəhbərliyinin "güclü" Yaxın Şərq siyasəti İran hakimiyyətini Vaşinqtonla qarşıdurmada öz mövqeyini yumşaltmağa məcbur edəcək.

"Washington Post" və "New York Times"ın saxta xəbərləri Yaxın Şərqdəki güclü siyasətimlə bağlı daxildə mübahisələr olduğunu iddia edir.

Daxildə heç bir fikir ayrılığı yoxdur. Müxtəlif fikirlər səsləndirilir və mən son qərarı qəbul edirəm - bu olduqca sadə bir prosesdir. Əminəm ki, İran tezliklə danışığa keçmək istəyəcək", Tramp yazıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə