Xirosima faciəsi qurbanları anılıb

Xirosima şəhərinin hakimiyyət orqanları 1945-ci ildə baş vermiş atom bombardmanı qurbanlarının siyahısının illik havaya verilmə mərasimini keçiriblər. SİA xəbər verir ki, mayın 15-də təşkil edilən mərasimdə Xirosimanın Sülh xatirə parkındakı kenatofdan çıxarılan siyahıların cildləri havaya verilib. Həmin gün səhər saat 8:15 dəqiqədə - atom bombasının şəhərə atıldığı anda administrasiyanın 20 əməkdaşlı bir dəqəik sükutla qurbanların xatirəsini anıb. Sonra siyahılar ağ parça üzərinə düzülüb.

Kenatofda bombardman nəticəsində ötən il avqustun 5-dək həlak olan 314 min 118 nəfərin adlarının əks olunduğu 116 cild saxlanılır.

Əməkdaşlar bütün cildləri vərəqləyərək buradakı səhifələrə hər hansı zərərin dəydiyini yoxlayıblar.

Şəhər administrasiyasının əməkdaşı Eyci Madokoro deyib ki, bu siyahıların havaya verilməsi həlak olanların ruhuna sakitlik bəxş edir. O, ümid etdiyini bildirib ki, bu ənənə yeni Reiva dövründə də davam edəcək və bombardman haqqında acı xatirələr heç vaxt unudulmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə