Hələb əyalətində ikisi uşaq olmaqla 8 suriyalı həlak olub

Müxalifət qoşunlarının atəşi nəticəsində Hələb əyalətində Ən-Nayrab məntəqəsində səkkiz suriyalı, o cümlədən iki uşaq həlak olub.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə tərəflər arasında atəşkəs üzrə Rusiya mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin məlumat verib.

O qeyd edib ki, Latakiya əyalətindəki Xaddada, Nahşəbba, Rueysət-İsgəndər, Cub-Ez-Zarur, Akç-Bəer və Sərəf, Xama əyalətindəki Əl-Xuaş və Skalbiya, Hələb əyalətindəki Təl-Mətvazi və Ən-Nayrab yaşayış məntəqələri də atəşə məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə