BMT-nin Baş katibi Fars körfəzindəki son hadisələrdən ciddi narahatdır

BMT-nin Baş katibi Antoniu Qutyerreş Fars körfəzindəki son hadisələrdən ciddi narahatdır.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dyüjarik bildirib.

Dyüjarik bununla bağlı deyib: “Baş katib Fars körfəzindəki son hadisələri çox böyük qayğı ilə izləyir. Qutyerreş bu yaxınlarda Birləşmiş Ərəb Əmirliyi sahillərində ticarət gəmilərinə olmuş hücumu da pisləyir və günahkarların qısa zaman kəsiyində müəyyən edilərək cəzalandırılmasını istəyir. Həmçinin, BMT-nin rəhbəri pilotsuz təyyarələrin Səudiyyə Ərəbistanı Krallığı ərazisində neft obyektlərinə hücumunu da pisləyir. Baş katib hesab edir ki, mülki infrastruktura hücum beynəlxalq humanitar hüququn pozulmasıdır və bütün tərəflər gərginliyin artmaması üçün səhv addımlardan çəkinməlidirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə