İraqın Baş naziri Adil Əbdül-Mehdi Türkiyəyə səfərə gəlib. Ankarada qonağın rəsmi qarşılanma mərasimi olub. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Adil Əbdül-Mehdi birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, son aylar Türkiyə-İraq münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə müşahidə olunur. Tərəflər arasında qarşılıqlı səfərlər intensivləşib. Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir. Qardaş ölkə İraqdan öz ərazisindəki terrorçu qruplar, o cümlədən PKK və digər təşkilatlar ilə sərt mübarizə aparmasını tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə