İki terrorçu Türkiyə parlamentinə hücum etdi! (TƏCİLİ)

Bir qədər əvvəl Türkiyə parlamentində (TBMM) terror aktının qarşısı alınıb. SİA Türkiyənin Hürriyət qəzetinə istinadən xəbər verir ki, 2 şəxs (qadın və kişi) parlamentin ziyarətçi zalına daxil olaraq CHP-çi deputat Mahmud Tanalla görüşmək istədiklərin bildiriblər. Onlar anidən işçilərdən birini girov götürmək istərkən cəhdləri uğursuz alınıb.

Sözügedən şəxslər mühafizəçilər tərəfindən zərərsizləşdirilib. Onların DHKP-C qruplaşmasının üzvləri olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...