Los-Anjelesdə bir evdə 1000 ədəd odlu silah tapılıb

Los-Anjeles polisi şəhərin dəbli rayonunda bir evdən 1000 ədəddən çox odlu silah aşkar eləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, silah arsenalı əsasən tapanca və tüfənglərdən ibarətdir.

Los-Anjeles polisinin nümayəndəsi Mayk Lopesın sözlərinə görə, bu evdə silah istehsalın və satışının olması haqqında əvvəlcədən məlumatlar alınmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə