Təyyarə üç hissəyə bölünüb

Banqladeş “Biman Airlines” aviakompaniyasına məxsus təyyarə Myanmanın Yanqon aeroportunda qəzaya uğrayıb.

SİA-nın məlumatına görə, qəza sərt eniş nəticəsində baş verib. “Biman Airlines” aviakompaniyasının Şakil Merac bildirib ki, pis hava şəraiti səbəbindən layner enmə zolağından çıxıb.

Qəza nəticəsində təyyarə 3 yerə bölünüb. Aviakompaniyadan verilən məlumata görə, təyyarənin göyərtəsində 28 nəfər sərnişin olub. Onlardan 15 nəfəri ciddi xəsarət alıb. Xəstəxanadan verilən xəbərə görə, onların həyatı təhlükədə deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə