Müdafiə naziri istefaya göndərilib

İngiltərə müdafiə naziri Qevin Uilyamson istefaya göndərilib. SİA BBC-yə istinadən xəbər verir ki, qərar Milli Təhlükəsizlik Şurasının qapalı danışıqlarından məlumatların sızması ilə bağlı aparılan istintaqın nəticələrinə əsasən qəbul edilib. Qapalı iclasda Çinin “Huawei” telekommunikasiya şirkəti ilə 5G şəbəkələri yaratmaq üçün əməkdaşlıq perspektivlərini müzakirə edilib.

"Baş naziri Tereza Mey Uilyamsondan postunu tərk etməsini istəyib", Nazirlər Kabinetinin məlumatında deylir.

Onun yerinə hazırda Beynəlxalq İnkişaf naziri vəzifəsini icar edəb Penni Mordon təyin edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə