Həbsxanadan 53 nəfər azad edilib

Əfqanıstan təhlükəsizlik qüvvələri "Taliban" radikal hərəkatının həbsxanalarından 53 nəfəri azad ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna ölkənin mərkəzi hissəsində, Uruzgan vilayətində aparılmış əməliyyat nəticəsində nail olunub.

Əməliyyat zamanı ən azı 8 silahlı zərərsizləşdirilib. Xilas edilənlərdən 4-ü hərbi qulluqçu, 4-ü isə polis əməkdaşıdır.Əfqanıstan təhlükəsizlik qüvvələri "Taliban" radikal hərəkatının həbsxanalarından 53 nəfəri azad ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə