Türkiyə, Rusiya və İran ABŞ-ın qərarını pisləyib

Türkiyə, Rusiya və İran işğal edilmiş Colan təpələrini İsrailin ərazisi olaraq tanıması qərarını qəti şəkildə pisləyib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən Suriya üzrə danışıqların nəticələrinə dair qəbul edilmiş birgə bəyanatda deyilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə