Rusiya XİN Trampın çağırışını dəstəkləyir

Rusiya Amerika lideri Donald Trampın "bütün ölkələr nüvə silahlarından imtina etməlidir" bəyanatını alqışlayır. SİA RİA "Novosti" yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

Ryabkov qeyd edib ki, nüvədən imtina edilməsində növbəti addımlarına nail olmaq üçün bir sıra şərtlər formalaşdırılmalıdır.

"Onların arasında strateji sabitliyə birbaşa təsir edən bir çox amil var", deyə o bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə