ABŞ Çini Venesuelaya “sponsorluq”da ittiham edir

ABŞ Dövlət Departamenti Çin Xalq Respublikasını (ÇXR) Venesuela prezidenti Nikolas Maduronu maliyyələşdirməkdə ittiham edib.

SİA-nın məlumatına görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus özünün Twitter səhifəsində yazıb: “Çin “qarışmama” adı altında Venesuela hökumətinə 60 milyard dollar dəyərində “sponsorluq” edib”.

Qeyd edək ki, daha əvvəl ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan Venesuelada yaranmış vəziyyətlə bağlı bildirib ki, ÇXR Birləşmiş Millətlər Təşkilatı prinsiplərinin, regionda sülhün və sabitliyin qorunması mövqeyindən çıxış edir. Venesuela böhranına Çinin müdaxilə etməsi ilə bağlı deyilənlər isə həqiqəti əks etdirmir və heç bir fakta əsaslanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə