Şoyqu Suriya məsələsində Rusiya və İranın əməkdaşlığını vacib sayır

“İran və Rusiyanın hərbi əməkdaşlığı yüksək səviyyəyə çatıb və bu iki ölkənin əməkdaşlığı Suriya ərazisində vəziyyətin normallaşmasında mühüm rol oynayır”

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu İranın Müdafiə naziri Əmir Hatəmi ilə Moskvadakı görüşündə deyib.

Rusiyalı nazir görüşün əvvəlində iranlı həmkarına bu ölkənin bir çox əyalətlərində yağışdan sonra baş vermiş təbii fəlakət nəticəsində çoxlu insan tələfatı ilə əlaqədar başsağlığı verib və bildirib ki, Rusiya dərhal İrana humanitar yardım göndərib.

Şoyqu daha sonra fikirlərini bu cür ifadə edib: “Təklif edirəm ki, bu gün hərbi əməkdaşlığın daha vacib məsələlərini müzakirə edək. Bizim hərbi əməkdaşlığımız yüksək səviyyədədir. Rusiya və İran beynəlxalq terrorizmə qarşı birgə mübarizəni davam etdirirlər. Astanada qəbul olunmuş münaqişənin həlli formatı Suriyada hərbi əməliyyatların dayandırılması rejiminə əməl edilməsində və vəziyyətin normallaşmasında mühüm rol oynayır. Bu məsələdə Rusiya və İranın əməkdaşlığı çox vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...