Peskov mövqelərin dəyişmədiyini açıqlayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Ukrayna tərəfinin "Moskva Rusiya tərəfindən saxlanılan Ukrayna hərbçiləri ilə bağlı Kiyevlə apardığı danışıqlarda "tonunu kökündən dəyişib" açıqlamasını şərh edib.

"Mən bu vəziyyətdə ukraynalı diplomatların nəyi nəzərdə tutduğunu tam anlamadım. Biz heç vaxt baş verənlərin təxribat olduğuna dair mövqeyimizi gizlətməmişik ", - Peskov bildirib. SİA RT-yə istinadən xəbər verir ki, o vurğulayıb ki, Rusiya tərəfi həmişə ukraynalı dənizçiləri sərhədi pozan şəxslər kimi qəbul edib.

"Bununla bağlı heç bir dəyişiklik ola bilməz", deyə o bildirib. Peskov dənizçilərin taleyi ilə bağlı məhkəmənin qərar verəcəyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...