Şri-Lankada ölənlərin sayı 359 nəfərə çatıb

Şri-Lankada baş verən partlayışlar nəticəsində ölənlərin sayı 359, yarlıların sayı isə 500 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanları tərəfindən terror hadisəsində şübhəli bilinən 18 nəfər saxlanılıb.

Bundan əvvəl 40 nəfərin saxlanıldığı bildirilirdi.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada 8 partlayış hadisəsi baş verib. "İslam dövləti" terror qruplaşması hadisəni öz boyununa götürsə də, onun həyata keçirməsi ilə bağlı heç bir sübut təqdim etməyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə