"ABŞ-ın İrana qarşı sanksiyaları iqtisadi terrordur" İran XİN rəhbəri

"İrana qarşı iqtisadi terrorun artması Amerika rejiminin məkrli rəhbərlərinin və onların əlaltılarının ümidsizliyə qapılması və qorxmasından xəbər verir". SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

ABŞ-ın İrana və ondan neft alan dövlətlərə qarşı sanksiya tətbiq etmək qərarına münasibət bildirən M.C.Zərif vurğulayıb ki, bu addım ABŞ-ın və tərəfdarlarının acizliyi, ümidsizliyə qapılması və xofundan xəbər verir.

Cavad Zərif rəsmi twitter səhifəsində bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları iqtisadi terrordur.

Qeyd edək ki, ABŞ hökuməti ötən gün qərar verib ki, bundan sonra İrandan neft alan dövlətlər üçün heç bir güzəştə getməyəcək.

Ağ Ev ötən günkü bəyantında İran neftinin satın alınmayacağı təqdirdə dünya bazarında neftin təklifi ilə bağlı yarana biləcək kəsirlərin Səudiyyə Ərəbistanı və BƏƏ vasitəsilə aradan qaldırılacağını bəyan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə