Şri-Lankada ölənlərin sayı 310 nəfərə çatıb

Şri-Lankada partlayışlar nəticəsində ölənlərin sayı 310 nəfərə, yaralıların sayı isə 480 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şri-Lanka hökuməti bu gün matəm günü elan edib. Ölkədə təcili vəziyyət tətbiq olunub.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankada səkkiz partlayış hadisəsi baş verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə