Meksika sahillərində 5,7 bal gücündə zəlzələ olub.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Zəlzələ ölkə paytaxtında ciddi çaxnaşmaya səbəb olub. Ofis binalarında çalışan əməkdaşlar təcili təxliyə olunublar.

Meksika Millli Seysmoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Sakit okeanda, Gerero ştatı sahiilərindən 65 kilometrliyində baş verib və onunocağı təxminən 10 kilometr dərinlikdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...