Sakit okeanda, Yaponiyanın şərq sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Seysmoloji Xidməti məlumat verib.
Seysmoloqların məlumatına görə, zəlzələ Miyako şəhərindən 191 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Dağıntı və tələfat haqda məlumat verilmir. Sunami təhlükəsi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə