Kravçuk: “Rəsmi Kiyev Krım yarımadasını heç vaxt Rusiyanınkı kimi tanımayacaq”

Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk yeni prezident Vladimir Zelenskiyə Krımla bağlı dövlət siyasətini dəyişməyi tövsiyə edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, Kravçuk Krımla bağlı deyib: “Rəsmi Kiyev Krım yarımadasını heç vaxt Rusiyanınkı kimi tanımayacaq. Sadəcə olaraq, krımlılarla “insani” münasibət bərpa olunmalıdır. Təcili bütün blokada götürülməlidir. Su, elekrik enerjisi və s. məsələlərlə bağlı müzakirələr sivil bazar iqtisadiyyatı qanunlarına uyğun aparılmalıdır. Ukrayna və Krım arasındakı əlaqələri inkişaf etdirmək və dərinləşdirməklə tədricən düzgün nəticələrə gəlinməlidir”.

Qeyd edək ki, Rusiya Krımı işğal etdikdən sonra 2014-cü ildə yarımadada qanunsuz referendum keçirilmiş və nəticədə seçicilərin 96,77%-i, Sevastopol əhalisinin isə 95,6%-i yarımadanın Rusiyaya “birləşdirilməsinə səs vermişlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə