Boliviyada dəhşətli yol qəzası:11 nəfər həlak olub

Boliviyada La Pas–Karanavi marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun dağ yolunda təxminən 100 metrlik uçuruma düşməsi nəticəsində azı 11 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. ABI agentliyinin yaydığı məlumata görə, faciə aprelin 22-nə keçən gecə baş verib. Qəzanın səbəbləri hələlik məlum deyil.

Boliviyada çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisələri tez-tez baş verir. Buna nəqliyyat vasitələrinin nasazlığı və ya insan faktorları səbəb olur. Həmçinin ölkədəki avtobus marşrutlarının əksəriyyəti dağ yollarından keçir. Boliviyadakı bu dağ yolları (onları “ölüm yolları” da adlandırırlar) dünyanın ən təhlükəli avtomobil şoseləri sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...