Türkiyə ABŞ-ın xəbərdarlığını pisləyib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İrandan neft idxal edən ölkələrə qarşı sanksiya təhdidinə münasibət bildirib. Teleqraf.com xəbər verir ki, Çavuşoğlu "Təktərəfli əməkdaşlığı və qonşularımızla necə münasibət quracağımıza dair göstərişləri qəbul edmirik", deyə ABŞ-ın xəbərdarlığını pisləyib.

XİN rəhbəri qeyd edib ki, ABŞ-ın İrandan neft idxal edən ölkələrə güzəştin aradan qaldırılması bölgədə sülh və sabitliyə xidmət etməyəcək. Qeyd edək ki, Birləşmiş Ştatlar bazar ertəsi Tramp administrasiyasının İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərini ləğv etdiyini elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə