Krım yaxınlığında ABŞ-ın kəşfiyyat təyyarəsi görünüb

ABŞ hərbi təyyarəsi Krım sərhədlərində görünüb.

SİA-nın Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə monitorinq resursları mərkəzində məlumatlar qeydə alınıb.

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bort nömrəsi 64-14846 olan Boeing RC-135V kəşfiyyat təyyarəsi Yunanıstandakı Suda-bey aviabazasından havaya qalxıb.

Təyyarə Qara dəniz sahillərinə istiqamət götürüb və Qara dəniz sahillərində kəşfiyyat uçuşu edib. Kəşfiyyat təyyarəsi təxminən 2 saat Krım sahillərində uçuşlar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...