Nigeriyada Britaniya vətəndaşı qətlə yetirilib

Nigeriyadakı silahlı hücumda həlak olan xanım Böyük Britaniya vətəndaşıdır.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi Yakubu Sabo yerli mətbuata açıqlamasında bildirib.

İlkin məlumatda vurğulanıb ki, iki nəfər, o cümlədən bir xarici turist olan qadın Nigeriyanın Kadun ştatında silahlı şəxslərin şəxsi bir mülkə hücumu zamanı qətlə yetiriliblər.

İstintaq müəyyən edib ki, qətlə yetirilən Britaniya vətəndaşı Nigeriyanın Mərhəmət Korpusunun (ictimai-humanitar təşkilat) əməkdaşı olub və Nigeriyanın dgər şəhəri Laqosdan Kadun ştatına turist gəzintisi məqsədilə gəlibmiş. Hadisə baş verən anda isə şəxsi mülkdə şənlik keçirilirmiş.

Sabonun məlumatına görə, xarici vətəndaşın adı və soyadı Fey Muni idi.

Böyük Britaniyanın Nigeriyadakı səfirliyi faciəvi hadisə ilə bağlı məlumatlı olduğunu bildirib və diplomatik korpusun “Twitter” səhifəsindən həlak olan vətəndaşın ailəsinə başsaglığı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə