Ukraynalı şoumen Volodimir Zelenskiy ölkə üzrə bu gün keçirilən ikinci tur prezident seçkilərində seçicilərin səsinin böyük hissəsini qazanıb.

SİA-nın “bbb.com” saytına istinadən verdiyi xəbərə görə, Exit-poll sorğuları Zelenskinin seçicilərin 70% -ndən çoxunun səsini qazandığını göstərir.

Artıq hazırkı president Poroşenko məğlubiyyətini etiraf etsə də Kiyevdə toplaşan tərəfdarları qarşısında çıxış edərək siyasətdən birdəfəlik getməyəcəyini bildirib.

Qeyd edək ki, Ukrayna prezidentinin ölkənin təhlükəsizlik, müdafiə və xarici siyasəti ilə əlaqədar əhəmiyyətli səlahiyyətləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə