Əhməd Davutoğlu CHP liderini müdafiə etdi

Türkiyənin sabiq baş naziri Əhməd Davutoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun hücuma məruz qalmasına münasibət bildirib. Davutoğlu Tviter hesabında paylaşdığı qeyddə bildirib ki, "acılarımızı təxribatlara alət etmək istəyənlərə izn vereməyəcəyik". O bildirib ki, siyasi liderlər qütbləşdirici siyasi çıxışlardan uzaq durmalıdırlar. O, Hakkari vilayətində şəhid olmuş hərbçilərdən birinin dəfn mərasimində CHP lideri Kılıçdaroğluna qarşı hücumu kəskin şəkildə pislədiyini deyib

Qeyd edək ki, Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində iştirak edən Kamal Kılıçdaroğluna bir qrup şəxs hücum edərək ona zərbələr endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə