Ankarada Kamal Kılıçdaroğluna hücum olub!

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğluna hücum olub. Hücum Ankaranın Çubuk bölgəsində baş verib. Ankaranın bələdiyyə sədri Mənsur Yavaşla şəhidin dəfninə qatılan Kılıçdaroğluna bir qrup şəxs hücum edib. Hücum edən şəxslər “PKK bayıra” şüarları səsləndiriblər. Kılıçdaroğlunun qaldığı ev də daşa basılıb. Kılıçdaroğlu hücumdan CHP-nin mərkəzi binasının qarşısında tərəfdarları qarşısında çıxış edib. “Heç kim unutmasın ki, quruluş və qurtuluş partiyasının sədriyəm. Daha əvvəl PKK-çıların hücumuna məruz qalmışdım. Yenə eyni hücuma məruz qaldım. Geri addım atacağımı düşünürlər, lakin belə olmayacaq. Bu ölkə üçün canını verəcək biri varsa, o da Kamal Kılıçdaroğludur. Hücumu həyata keçirənlərin şəhidə hörməti yoxdur. Onlar müsəlman deyillər. Şəhidə hörmətsizlik edildi, doğru-düzgün cənazə namazı qılınmadı”, - deyə partiya sədri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə